Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polkovnik: -"İran Naxçıvana uçuşlara qoyduğu qadağa ilə istəyinə nail ola bilməyəcək”

Polkovnik: İran Naxçıvana uçuşlara qoyduğu qadağa ilə istəyinə nail ola bilməyəcək”

“İranın son dövrlərdəki hərəkətləri Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinə münasibətini göstərir”.

Yenixeber.org: Bunu  ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, rəsmi Tehranın Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən Azərbaycan təyyarələrinin uçuşuna qadağa qoyması heç bir effekt verməyəcək və İran istəyinə nail olmayacaq: “Qələbəmizə dostlar sevinir, düşmənlər isə kədərlənir. İranın son hərəkəti də bunun təzahürüdür. Biz Naxçıvan hava yolundan intensiv istifadə etmirik. Alternativ istiqamətlər isə kifayət qədərdir. Bu mənada, Naxçıvandakı qüvvələrin hərbi tədarükü əvvəlki tək davam edəcək və cənub qonşumuzun qadağası bizə təsir etməyəcək”.

Qeyd edək ki, APA-nın hərbi mənbələrə istinadən yaydığı məlumata görə, bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam