Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“İrana qarşı ssenarilər birbaşa Yerevandan idarə edilir”- Politoloq

“İrana qarşı ssenarilər birbaşa Yerevandan idarə edilir” - Politoloq

“İrana qarşı ABŞ-ın sanksiyaları genişləndirməsi ilə paralel Suriyada bu ölkənin hərbi bazalarına İsrailin hücumları davam edir. Demək olar ki, İran Yaxın Şərq siyasətində ciddi şəkildə sıxışdırılır və Rusiya da burada maraqlıdır”. 

 

Yenixeber.org: Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, ABŞ-İran və İsrail-İran münasibətləri elə bir səviyyədə gərginlik mərhələsindədir ki, birbaşa müharibə etmək ehtimalı yüksəkdir:

“Oktyabrda Vaşinqton İran silah sisteminə qarşı sanskiyaları növbəti mərhələdə uzadacaq. Bu da növbəti yeni böhrana sürükləyəcək. İran prezidenti Həsən Ruhani xalqının bu sanksiyalar ucbatından çətin vəziyyətdə olduğunu qeyd edir. Daxildə iqtisadi və sosial problemlərə baxmayaraq, Tehran öz hərbi ritorikalarından əl çəkmir. İran ətrafında baş verənlər bu ölkənin daxili siyasətinə ciddi təsir edir. Artıq mühafizəkarlar hakimiyyətdə olan mötədilləri sıxışdırırlar. Bu da yeni seçkilərdə onların qələbəsi ilə yekunlaşa bilər. Artıq SEPAH Hind okenında yeni hərbi baza yaradır. Göründüyü kimi, Yaxın Şərqdə suların yaxın perspektivdə durulması gözlənilmir və yeni hərbi toqquşmaların yaşanması mümkündür”. 

Ekspert bildirib ki, ötən günlərdə İranın nüvə obyektində və digər strateji məntəqələrində partalayışların baş verməsi təsadüfi qəza deyildi:

“Bu partalayışlar birbaşa İranın nüvə mərkəzlərini və digər raket bazalarını əhatə edə bilər. Bu partlayışlar İrana qarşı rəqib ölkə tərəfindən həyata keçirilir və qeyd edildiyi kimi, "Tehranın nüvə silahına malik olmasının qarşısı istənilən varinatla alınacaq"- ssenarisinin tərkib hissəsidir. İran üçün yeni hücum planları qarşıdadır. Əgər bu kimi hücumlar reallaşarsa, Yəməndə Husilər birbaşa Səudiyyə Ərəbistanın neft obyektlərinə və strateji məntəqələrinə ciddi hücumlar təşkil edəcək. Bir məsləni də qeyd edim ki, Ermənistanda ABŞ səfirliyi İrana qarşı həyata keçirilən siyasətin mərkəzidir və ssenarilər birbaşa Yerevandan idarə edilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam