Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Baden-Baden əməliyyatı": -Sarkisyanla bağlı narazılıqlar artır

"Baden-Baden əməliyyatı":    Sarkisyanla bağlı narazılıqlar artır
Ermənistanın eks-prezidenti, Xocalı qatili Serj Sarkisyanın Aprel döyüşləri zamanı Baden-Badendə istirahət etməsi ilə bağlı informasiya ölkədə narazılığa səbəb olub.
Yenixeber.org: Yerli media uzun illər xalqa "qəhrəman" kimi sırınan Sarkisyanın Aprel döyüşlərinin son günündə Baden-Badendə istirahət etməsini rəzalət adlandırıb. Saytlar büdcə pullarının bu cür istirahətlərə xərclənməsini də qınayıb.

Siyasətçilər isə keçmişdə, elə inin özündə belə bu cür hadisələrin az olmadığını düşünürlər. Sadəcə olaraq oxşar faktlar müəyyən bir zaman keçdikdən sonra üzə çıxır. Məsələn, politoloq Suren Surenyanç ölkədə gündəmə çevrilmiş "Baden-Baden işi" ilə bağlı danışaraq deyib ki, nəinki müharibə zamanı, ümumiyyətlə korriupsiya, yeyinti hallarına yol vermək qəbuledilməzdir.

-Korrupsiya bütün hallarda qəbuledilməzdir. "Baden-Baden əməliyyatı" şübhəsiz ki, jurnalist araşdırması mövzusu olmalıdır. Cəmiyyət Serj Sarkisyan da daxil olmaqla, indiki və keçmiş bütün məmurlarının "macəraları" ilə tanış olmaq hüququna malikdir.

Surenyanç deyib ki, bu cür araşdırmalar yalnız sabiqlərlə məhdudlaşmamalı, yarımçıq və qərəzli olmamalıdır.

-Artıq kifayət qədər burjua əhvalında olanlara baxın. İngiltərənin xarici işlər naziri Dominik Raab Yunanıstan adalarında əyləndiyi üçün işdən çıxarılıb. İndiki hökumətin görkəmli simaları isə özlərinin Yunanıstan "macəralarını" "gizlilik hüququ" hesab edirlər. Bilmirəm araşdıracaqsınız ya yox, amma təkcə "Baden-Baden" ciddi məsələ deyil. Korrupsiya bütün hallarda qəbuledilməzdir.

Xatırladaq ki, tanınmış erməni ictimai xadim, "İKM" proqramının koordinatoru Daniyel İohanisyan iki gün öncə eks-prezident və hərbi cinayətkar Serj Sarkisyanla bağlı sensasion faktlar aşkarlayıb. Məlum olub ki, Sarkisyan Aprel döyüşlərinin son günündə Baden-Badendə istirahət edirmiş.
Erməni ictimai xadim qeyd edib ki, Serj Sarkisyanın niyyəti ayın 6-da Berlinə səfər etmək olsa da, eks-prezident bunun əvəzində ayın 5-i Baden-Badenə uçub.



Qeyd edək ki, Sarkisyan Almaniyanın kurort bölgəsi sayılan Baden-Badendə dəfələrlə dincəlib, burada 16 dəfə olub. 2019-cu ildə isə onun məlum şəhərdə mühafizəçiləri ilə çimərlik geyimində fotosu da yayılmışdı.

Erməni mediası Sarkisyanın prezident olduğu dönəmlərdə Baden-Badenə dəfələrlə getdiyini, buranı özünün istirahət məkanına çevirdiyini yazır. Yerli kazinoların Ermənistanın keçmiş prezidentinin ən sevimli məkanlarından biri olduğu bildirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam