Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qonşu ölkədən Avropanın daha 12 şəhərinə uçuşlar həyata keçiriləcək

 

 

Gürcüstanın Kutaisi beynəlxalq hava limanından Avropanın daha 12 şəhərinə mütəmadi reyslər həyata keçiriləcək.

Yenixeber.org: Bununla bağlı Gürcüstanın Hava Limanları Birliyinin direktoru Giorgi Çoqovadze və Macarıstanın “Wizz Air” aviaşirkətinin nümayəndəsi Andraş Sebok saziş imzalayıblar.

Sənədə əsasən, Kutaisidən Frankfurt, Hamburq, Baden-Baden, Nürnberq, (Almaniya), Venesiya, Neapol, Piza (İtaliya), Nitsa (Fransa), Stokholm (İsveç), Poznan (Polşa), İraklion (Yunanıstan) və Turku (Finlandiya) şəhərlərinə uçuşlar yerinə yetirəcək.

Sazişə əsasən, 7 istiqamət – Poznan, Hamburq, Neapol, Venesiya, Piza, Frankfurt və Baden-Baden şəhərlərinə uçuşlara bu ilin sonundan, digərlərinə isə 2020-ci ildən başlayaraq start veriləcək.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib ki, “Wizz Air” şirkəti ilə yeni istiqamətlərə uçuşlarla bağlı bir neçə ay intensiv danışıqlar aparılıb: “Şadam ki, danışıqlar uğurla nəticələnib. Əldə olunan saziş Gürcüstana daha çox avropalı turistlərin gəlməsinə imkan yaradacaq. Gürcüstanın turizm siyasətinin məqsədi ölkəni həm avropalı, həm də ənənəvi bazarlardan olan turistlər üçün daha cəlbedici turizm istiqamətinə çevirməkdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam