Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Sarkisyan ifşa olundu: -Aprel döyüşlərində Baden-Badendə dincəlirmiş

Sarkisyan ifşa olundu:   Aprel döyüşlərində Baden-Badendə dincəlirmiş
Tanınmış erməni ictimai xadim, "İKM" proqramının koordinatoru Daniyel İohanisyan eks-prezident və hərbi cinayətkar Serj Sarkisyanla bağlı sensasion faktlar aşkarlayıb. 
Yenixeber.org: Erməni mediasında gündəmə çevrilən bu faktlar Aprel döyüşlərinə aiddir.
Məlum olub ki, Serj Sarkisyan əslində özünün təbliğ etdiyi kimi Aprel döyüşlərində "qəhrəman komandan" olmayıb, əksinə, döyüşlərin qızğın vaxtında xaricdə istirahətindən qalmayıb. Sən demə Sarkisyan Aprel döyüşlərinin son günündə Baden-badendə olub.

"O, Baden-badendə olarkən hələ də cəbhə bölgəsində tank və toplardan istifadə olunurmuş, atəşkəsin perspektivi isə bəlli deyilmiş" -,İohanisyan iddia edib.

Erməni ictimai xadim qeyd edib ki, Serj Sarkisyanın niyyəti ayın 6-da Berlinə səfər etmək olsa da, eks-prezident bunun əvəzində ayın 5-i Baden-badenə uçub:

"Beləcə o bir gecə "istirahət edib" və sonra Berlinə uçub. Məsələyə maddi tərəfdən yanaşdıqda isə, Serj Sarkisyanın bizim vergilərimiz hesabına Baden-badenə 16 dəfə səyahət etdiyini görərik. Sarkisyan bura yalnız tətil üçün getmirmiş. Bu faktları cinayət qiymətləndirilməsi tələbi ilə aidiyyəti qurumlara göndərəcəyik "-,Daniel İohanisyan söyləyib.

Yeni aşkara çıxan bu faktlar sosial mediada sensasiya kimi qarşılanıb. Çünki hələ də erməni cəmiyyətində Sarkisyandan müharibədə xalqın yanında olması, daim ordunu düşünməsi kimi "qəhrəman" obraz yaradanlar var.

Narazılıqların artdığını görən hərbi cinayətkarın vəkili Amram Makinyan isə "Hraparak"-a açıqlama verərək bunu dezinformasiya adlandırıb. O, Serj Sarkisyanın aprelin 5-də Baden-badendə gecələmədiyini bəyan edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam