Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Azərbaycan XİN -Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına cavab verib

Azərbaycan XİN Ermənistanın Laçındakı təlimlərlə bağlı iddiasına cavab verib

"Beynəlxalq sərhədləri çərçivəsindəki ərazisində müxtəlif təlimlər keçirmək hər bir dövlətin suveren hüququdur. Azərbaycan bu günədək ərazisində çoxsaylı hərbi təlimlər, o cümlədən tərəfdaş ölkələrin iştirakı ilə birgə təlimlər keçirib. Laçın rayonunda başlanılan birgə taktiki təlim də məhz bu qəbildən olan və bölgədə sabitliyin təmin olunamsına xidmət edən addımdır".

Yenixeber.org: Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva söyləyib.

Ermənistan XİN-in Laçın rayonunda Azərbaycan və Türkiyə birgə təlimlərinin keçirilməsini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olmadığı və sülh və təhlükəsizliyə xələl gətirdiyi barədə iddiasına münasibət bildirən XİN rəsmisi deyib: "Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, regional sülhə və təhlükəsizliyə təhdid dövlətin öz ərazisində hərbi təlim keçirməsi yox, Ermənistanın uzun illər ərzində tətbiq etdiyi kimi digər dövlətin ərazilərinə iddialar irəli sürmək, hərbi təcavüz siyasəti yürütmək, digər dövlətin ərazilərini işğal altıda saxlamaq və nəhayət, beynəlxalq hüququn prinsiplərini tapdalamaqdır.

Əgər Ermənistan bölgədə sülh və təhlükəsiziyin təmin olunmasını istəyirsə, o zaman özünün də imza atdığı öhdəliklərin icrasına riayət etməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam