Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

AZƏRBAYCAN GORUS-QAFAN YOLUNU BAĞLADI -Ermənistanın təxribatlarına cavab...

Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb.

Yenixeber.org: Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

“Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb. Yolun açılması, insanların və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, - deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada qeyd olunur.

Ermənistanın ombudsmanı Arman Tatoyan isə dərhal özünü əraziyə çatdırıb. O, hadisə ilə bağlı beynəlxalq təşkilatlara məlumat göndərdiyini açıqlayıb.

Qeyd edık ki, söhbət işğal dövründə Ermənistanın Azərbaycan ərazisindən çəkdiyi Qafan-Gorus avtomobil yolunun bağlanmasından gedir. 10 noyabr razılaşmasından sonra Azərbaycan tərəfi yolun ölkəmizin ərazisindən keçən 20.km-ə.yaxın hissəsindən ermənilərin istifadəsinə icazə vermişdi. Bu barədə Prezident İlham Əliyev də çıxışlarında məlumat verib.

Dünən axşamdan Azərbaycan sərhədçiləri hər iki tərəfdən yolu gediş-gəliş üçün bağlayıblar. Ermənistan Müdafiə Nazirliyi və Rusiya sərhədçilərinin iştirakı ilə aparılan danışıqlardan sonra Azərbaycan tərəfi yolda qalan maşınların çıxmasına icazə verib. Lakin yolu açmayıb.

Xatırladaq ki, 25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalmış, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət almışdır.

Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermə­nistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaç­mışlar.

Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilmişdir, hazırda həyatı üçün təhlükə yoxdur.

"Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcəkdir" - deyə, DSX-nın məlumatında bildirilirdi.

Ola bilsin, Azərbaycan Gorus-Qafan yolunu ermənilərin təxribatına cavab olaraq bağlayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam