Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanın Qarabağ iştahı artır -Arazboyu ərazilər məskunlaşdırılır

 

Ermənistan hakimiyyəti sülh mesajları ilə çıxış etsə də, reallıqda işğal altındakı Qarabağ torplaqlarında süni məskunlaşdırma və infrastrukturun yaradılması prosesinə fasilə verilmir.

Yenixeber.org: Məlumata görə,aprelin 17-də Qarabağdakı qondarma rejimin rəhbərliyi ilə “Hayastan” ümumerməni fondu arasında Ermənistanın Qafan rayonundan Azərbaycanın işğal altındakı Xocavənd rayonuna qədər yolun tikintisi müzakirə olunub.

Qafan-Hadrut yolun tikintisində məqsəd asfalt yolun keçəcəyi Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının Arazboyu ərazilərində yaşayış məntəqələri yaratmaq və münbit torpaqlarda kənd təsərrüfatını inkişaf etdirməkdir. 

Yolun 2022-ci ilə qədər istifadə verilməsi nəzərdə tutulur. Ermənistan rəhbərliyinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərindən kənarda yerləşən Zəngilan, Qubadlı və Cəbrayıl rayonları ərazisində son illər ciddi məskunlaşıdırma siyasəti apardığı və beləliklə, Yerevanın Qarabağ iştahının artdığını demək olar.(Modern.az)

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam