Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Rusiyadakı azərbaycanlılar yeni diaspor təşkilatı yaradıb?

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatı (Rusiya Azərbaycanlıları İttifaqı) yaratmalarına münasibət bildirib.

Yenixeber.org: Məlumata görə, Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və onları birləşdirən təşkilatlar son dövrlərdə fəaliyyətlərini mərkəzləşdirməyə və kollegial qərarlar qəbul etməyə üstünlük verirlər.

O vurğulayıb ki, ötən ildən başlayaraq bir sıra ölkələrdə azərbaycanlıların koordinasiya şuralarının yaranması və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin də onların yığıncaqlarına dəvət olunması təqdirələyiqdir: "Hazırda yaşadığı ölkədən asılı olmayaraq soydaşlarımızın təşkilatlanması prosesi davam edir və genişlənir. Bu günlərdə Rusiayada yaşayan azərbaycanlıların və bir sıra diaspor təşkilatlarının yeni bir qurumda birləşməsi də soydaşlarımızın bu yöndə olan təşəbbüslərindən biri kimi qiymətləndirilir".

Qeyd edək ki, aprelin 27-də Moskvada Dünya Azərbaycanlıları İttifaqının təşkilatçılığı ilə Rusiya Azərbaycanlıları İttifaqının təsis konfransı keçirilib. Tədbiri Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov təşkil edib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam