Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Diaspor rəhbərləri-Rusiyadakı azərbaycanlılara çağırış etdi

Diaspor rəhbərləri Rusiyadakı azərbaycanlılara çağırış etdi
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü əsasında müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərləri və nümayəndələri ilə videokonfranslar davam edir.
Yenixeber.org: Dövlət Komitəsindən bildirilib ki, növbəti videokonfrans Rusiyanın paytaxtı və bir sıra regionlarında fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə təşkil olunub.

Videokonfransda Rusiya Vəkillər Gildiyasının üzvü, Moskva şəhərində yaşayan vəkil Ələkbər Qarayev, Perm azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Çingiz İsayev, “Birlik” Surqut azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Azad Seyidov, Kurqan vilayətində Azərbaycan diasporunun rəhbəri Niftulla Niftullayev, Zabaykalsk diyarının İctimai Palatasının sədr müavini Ələddin Məmmədov, Çelyabinsk vilayətinin “Ozan” və “Azərbaycan” ictimai təşkilatlarının sədrləri Rəfael Quliyev və Ərşad Xankişiyev, Xantı-Mansisk Muxtar Dairəsinin Nijnevartovsk şəhərinin “Birlik” Azərbaycan regional ictimai təşkilatının sədri Elşən Ağayev, “Azərbaycanlılar” regional ictimai təşkilatının sədri Arzu İsmayılov, Dövlət Komitəsinin məsul əməkdaşları Ruslan Quliyev, Tural Səfərov və Zaur Ramazanov iştirak ediblər.

Müzakirələr zamanı diqqət pandemiya dövründə həmvətənlərimizin qarşılaşdıqları problemlərə cəlb olunub. Diaspor rəhbərləri soydaşlarımızı ölkələrarası sərhədlər açılana qədər daimi və ya müvəqqəti məskunlaşdıqları yaşayış yerlərini tərk etməməyə, Rusiya-Azərbaycan sərhədində toplaşmamağa çağırıblar.

Videokonfransda Rusiyanın regionlarında yeni konsulluqların açılmasının zəruri olduğu vurğulanıb, federal dairələr üzrə azərbaycanlıların koordinasiya şuralarının yaradılmasının əhəmiyyəti və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda bu cür görüşlərin əhəmiyyəti qeyd edilib və davamlı keçirilməsinin məqsədəuyğun olduğu bildirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam