Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“BU AXMAQ BAŞA DÜŞMÜR Kİ...” -Paşinyan Rəisinin inauqurasiyasında telefonla oynadı və...

Yeni seçilmiş Prezident İbrahim Rəisinin andiçmə mərasiminə qatılmaq üçün İrana səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin kəskin tənqidinə tuş gəlib.

Yenixeber.org: Ermənistan mətbuatına xəbər verir ki, müxalifət Paşinyanı İrana səfər etdiyinə görə yox, oradakı davranışlarına görə tənqid edib.

Belə ki, andiçmə mərasimindən paylaşılan fotodan da göründüyü kimi, Paşinyan rəsmi dövlət tədbirində öz mobil telefonunu qurdalamaqla məşğuldur. Ermənilər Baş nazirin bu hərəkətinin Ermənistan üçün strateji əhəmiyyət daşıyan və onu hər zaman dəstəkləyən İrana qarşı hörmətsizlik hesab edirlər.

Ermənistanın müxalif Respublika Partiyasının sədr müavini Armen Aşotyan özünün sosial şəbəkə səhifəsində bu hadisə ilə bağlı yazıb: “Bu axmaq başa düşmür ki, diplomatiya, mədəniyyət, tərbiyə, məsuliyyət nədir. Xüsusilə də Şərqdə bu cür açıq hörmətsizlik və tərbiyəsizlik unudulmur və bağışlanılmır”.

Göründüyü kimi, Paşinyanın İran rəhbərliyinə qoyduğu “hörmət” hətta ermənilərin özlərini belə qəzəbləndirib. Rəsmi Tehran isə yəqin ki, ərköyün və sevimli qonşusunun rəhbərinin səfərindən və davranışlarından yerlə göy qədər razıdır...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam