Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Milli Məclisdə Zəngəzur müzakirəsi: -“Ora Azərbaycana qaytarılmalıdır”

Milli Məclisdə Zəngəzur müzakirəsi: “Ora Azərbaycana qaytarılmalıdır”

“Bəzi şəxslər sosial şəbəkələrdə yazırlar ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" imzaladığı fərman Ermənistana qarşı ərazi iddiasıdır. Mən bunu qətiyyən rədd edirəm”.

Yenixeber.org: Bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, eyni fikirləri Ermənistanda və onların havadarları deyirlər.

Deputat Fəzail Ağamalı isə bildirib ki, Zəngəzur Azərbaycanın tarixi torpağıdır: “Bizim ora iddiamız var. 1921-ci ildə Zəngəzur bölünərək Ermənistana qeyri-qanuni olaraq verilib. Təkcı Zəngəzur deyil, İrəvan da, Dərələyəz də Azərbaycanın tarixi torpağıdır. Niyə ermənilər heç öz ərazisi olmayan yerlərə iddia edir, böyük Ermənistan xülyasıyla yaşayırlar? Biz isə tarixi torpaqlarımıza iddia edəndə kimdən çəkinməliyik?! Kimsə desə iddia edirsən?! Yaxşı edirəm. Yaxşı edirik. Biz öz tarixi torpaqlarımıza iddialıyıq və bu torpaqlar gələcəkdə Azərbaycana birləşdirilməlidir”.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli qeyd edib ki, Zəngəzur o vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə verilib: “Yazıq Nəriman Nərimanovu buna məcbur etdilər. Burada əsas məsələ Azərbaycan torpağının Ermənistana verilməsi deyildi, türk xəttinin qırılması idi. Altay Qazaxıstndan alındı. Bu sonuncu xətti qırmaqla türk dünyasının xətti qırıldı. Ona görə də bu məsələ Qarabağın alınması qədər mühüm əhəmiyyət kəsb edir. Çünki bu vahid türk xəttinin bərpası deməkdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam