Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənilər Paşinyandan -Zəngəzur hesabatı istəyir

Ermənilər Paşinyandan Zəngəzur hesabatı istəyir

Rusiya Erməniləri İttifaqının sədri Ara Abrahamyan Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Zəfər paradında səsləndirdiyi fikirlərlər bağlı Ermənistan Baş naziri Nikol Paşinyana müraciət edib. 

Yenixeber.org: O, Paşinyandan İlham Əliyevin Zəngəzur, Göyçə və İrəvanın Azərbaycanın tarixi torpaqları olması barədə fikirlərinə nədən cavab vermədiyi barədə izahat istəyir.

Abrahamyan müraciətində qeyd edib ki, Paşinyanın sükutu onun İlham Əliyev və Ərdoğanla həmfikir olmadığı anlamına gəlmədiyinə ümid edir.

“Onları (Əliyevlə Ərdoğanı nəzərdə tutur-red) dayandırmaq üçün nə edirsiniz? Hələ də rəhbəri olduğunuz bir ölkənin dövlət sərhədlərini Ermənistan ordusu deyil, könüllülər, təhlükəsizlik xidmətinin qüvvələri qoruyur. Bu, dövlət qurumlarının saxta məlumatlarının fonunda baş verir”, - deyə o vurğulayıb.

Abrahamyanın fikrincə, Ermənistanda vəziyyət hər gün ağırlaşdığı bir vaxtda hakimiyyət ölkə üçün həyati əhəmiyyət daşıyan məsələlərin həllindən uzaq dayanır. Bu səbəbdən o Paşinyan hakimiyyətini qınayır.

Onun sözlərinə görə, Ermənistanın sərhədlərinin yenidən müəyyənləşdirilməsi müharibəyə səbəb ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam