Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı limanı MDB-də ilk dəfə “Yaşıl liman” statusu alacaq

Bakı limanı MDB-də ilk dəfə “Yaşıl liman” statusu alacaq

 

 Bakı Beynəlxalq Dəniz Ticarət Limanı MDB məkanındakı bu tipli limanlar arasında ilk dəfə “Yaşıl liman” statusu alacaq

 

Yenixeber.org: Bu barədə jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov məlumat verib.

“Söhbət Bakı limanının təbiətə az zərər vuran, enerji səmərəli infrastruktura malik olmasından, bu istiqamətdə müasir texnologiyalardan istifadə edilməsindən gedir. “Yaşıl liman” statusunun əldə edilməsi qarşıya məqsəd kimi qoyulub və bununla bağlı Avropa İttifaqı ilə birgə iş aparılır”, - deyə o qeyd edib.

T.Ziyadov deyib ki, Bakı limanında aparılan tikinti işlərinin I mərhələsi gələn ilin ortalarında başa çatdırılacaq: “Son nəticədə liman 15 mln. ton yük aşırmaq gücünə malik olacaq. Bu da kifayət qədər böyük tonnajdır və önümüzdəki 2-3 il ərzində Asiyadan Avropaya gözlənilən yük daşınması ilə bağlı tələbatı ödəməyə imkan verəcək”.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilkin mərhələdə Bakı limanı vasitəsilə aşırılan yüklərin həcmini təxminən 1 mln. ton artıracaq: “Bu dəmir yolunun hesabına Azərbaycanda Türkiyənin Mersin limanına, eləcə də, Avropa İttifaqı ölkələrinin limanlarına böyük həcmdə yüklər daşınacaq”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam