Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Bakıda və Abşeronda -“Kənddən Şəhərə” həftəsonu yarmarkaları başladı

Bakıda və Abşeronda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları başladı

Bu gündən Bakı şəhərində və Abşeron rayonunda - 3 fərqli ünvanda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları başlayıb.

Yenixeber.org: Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, sabah başa çatacaq yarmarkalarda 40-a yaxın regiondan 100-ə yaxın fermer iştirak edir.

Yarmarkalarda fermerlər ümumilikdə 60-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışını həyata keçirir.

Satışa çıxarılan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Yarmarkada satılan hər hansı bir məhsulun keyfiyyətində tərəddüd edən alıcılar laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər.

Yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilir, eyni zamanda yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılır Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, soyuducu, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunub. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək.

Həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd sakinləri təbii və sağlam kənd məhsulları ilə təmin etmək, eləcə də yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

“Kənddən şəhərə” yarmarkalarının keçirildiyi ünvanlar:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam