Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Bakıda Ramazan bayramı münasibəti - ilə yarmarkalar keçirilir

Bu gündən Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC Ramazan bayramı münasibəti ilə Bakıda “Kənddən Şəhərə” yarmarkaları keçirir. 

Yenixeber.org: Sabah başa çatacaq yarmarkalar paytaxtın 2 yerində - Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsindəki 225 saylı orta məktəbin qarşısında və Nizami rayonunun Qara Qarayev prospektindəki “Orbita” ticarət mərkəzinin yanında təşkil edilib.

"Kənddən şəhərə" yarmarkalarında vətəndaşlar ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsulları (meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal, ət və ət məhsulları) ala biləcəklər. Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində yarmarkaların keçirildiyi yerlərdə Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərir və satışa çıxarılan bütün məhsullar yoxlanışdan keçirilib.

“Kənddən Şəhərə” "Dövlət Aqrar Ticarət Şirkəti"nin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Bu layihə çərçivəsində yerli istehsal məhsulların vahid marka altında qablaşdırılması, eyni zamanda məhsulların satışına dəstək məqsədilə yeni satış kanallarının yaradılması həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam