Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ramazan bayramı - münasibətilə keçirilən yarmarkalar iyunun 10-dək davam edəcək

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin Ramazan bayramı münasibətilə Bakıda təşkil etdiyi “Kənddən Şəhərə” yarmarkaları iyunun 10-na qədər davam edəcək.

Yenixeber.org:  Bu barədə  "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-dən bildiriblər.

Xatırladaq ki, yarmarkalar paytaxtın 2 yerində - Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsindəki 225 saylı orta məktəbin qarşısında və Nizami rayonunun Qara Qarayev prospektindəki “Orbita” ticarət mərkəzinin yanında təşkil edilib.

"Kənddən Şəhərə" yarmarkalarında vətəndaşlar ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsulları (meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal, ət və ət məhsulları) ala biləcəklər. Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində yarmarkaların keçirildiyi yerlərdə Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərir və satışa çıxarılan bütün məhsullar yoxlanışdan keçirilib.

“Kənddən Şəhərə” "Dövlət Aqrar Ticarət Şirkəti"nin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi bir layihədir. Bu layihə çərçivəsində yerli istehsal məhsullarının vahid marka altında qablaşdırılması, eyni zamanda məhsulların satışına dəstək məqsədilə yeni satış kanallarının yaradılması həyata keçirilir.

Şirkətdən həmçinin bildiriblər ki, yarmarkada iştirak etmək istəyən fermerlər "Dövlət Aqrar Ticarət Şirkəti"nin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə hələ də qeydiyyatdan keçə bilər. Bundan başqa fermerlər öz rayonunda yerləşən "Dövlət Aqrar İnkişaf Mərkəzi"nə də müraciət edə bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam