Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Kəlbəcərdə yerləşən bölmələrdə -bayram tədbiri keçirilib

Kəlbəcərdə yerləşən bölmələrdə bayram tədbiri keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü münasibətilə azad edilmiş ərazilərdə yerləşən bölmələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.

Yenixeber.org: Müdafiə Nazirliyindən bildirilib ki, növbəti tədbir səyyar təşviqat qrupunun üzvlərinin və şəxsi heyətin iştirakı ilə Kəlbəcər rayonu ərazisində təşkil olunub.
Əvvəlcə bayram günü üçün böyük ölçüdə hazırlanmış Azərbaycan Respublikasının Dövlət Bayrağı “Yaşasın Azərbaycan” şüarı altında şəxsi heyət tərəfindən qaldırılıb.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən, döyüşlərdə göstərilən şəxsi igidlik və qəhrəmanlıq nümunələrindən əsgərlərlə geniş söhbətlər aparılıb, ordumuzun əldə etdiyi zəfərin tarixi əhəmiyyətindən danışılıb.

Bu ərazilərdə xidmət edən hərbi qulluqçuların doğmalarına çatdırmaq istədikləri istək və arzuları video çəkiliş vasitəsi ilə qeydə alınıb. Əsgərlərin yaxınları üçün hazırlanmış video süjetlər Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən hərbçilərin ailələrinə göndərilib.

Bayram tədbirində istedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.

Görüşlər zamanı “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş etdirilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında təqdim edilən vətənpərvərlik mövzusunda musiqi nömrələri hərbi qulluqçular tərəfindən rəğbətlə qarşılanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam