Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Paşinyanın yerli sakinlə dialoqu: “Buraya türkləri qovmaq və məhv etmək üçün gəlmişik...” —VİDEO

 

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gün Geğarkunik vilayətinin (Basarkeçər) Kut kəndinə səfər edib.

Yenixeber.org: N.Paşinyan səfər zamanı yerli sakinlərlə görüşüb.

Səfər nəticəsində maraq kəsb edən epizod N.Paşinyanın Lendroş Qaribyan adlı şəxslə baş tutmuş dialoqudur.

Sakin:

- Mən sizə sual vermək istəyirəm...

N. Paşinyan:

- Siz Kut kəndindənsiniz?

Sakin:

-Mən Kutdanam. Lendroş Qaribyan. Mən 33 ildir burada yaşayıram. Buraya türkləri qovmaq və məhv etmək üçün gəlmişik...

Bu anda həmsöhbətinin diqqətini videokameralara yönəldən Paşinyan, onu əl hərəkətləri ilə susdurmağa çalışır və nitqini davam etdirməsinə imkan vermir.

Sakin:

- Bəli... Anladım. O zaman azərbaycanlılar hələ Kəlbəcəri tərk etməmişdi. Onlar Xanlar bölgəsinin yüksək dağ otlaqlarında mal-qara otarırdılar. Türklərin (azərbaycanlıları nəzərdə tutur) mövqelərinin indi yerləşdiyi ərazilərdə əvvəllər təsərrüfatlar var idi. Gedib azərbaycanlıları oradan qovurduq. Xanlar bölgəsindəki təsərrüfatlardan birinin direktoru bizdən qoyun otarmasına mane olmamağımızı istəyirdi. Ancaq biz onları buraxmırdıq. İndi necə oldu ki, bizim nəzarət etdiyimiz türklərə məxsus oldu?...

Burada üç məqam diqqət çəkir. Birincisi, Ermənistan hakimiyyəti bunu daim təkzib etsə də, Kut kəndinin sakini şəxsən etiraf etdi ki, ermənilər dinc azərbaycanlıları onların öz ata-baba ərazilərindən qovub və öldürüblər.


İkincisi, əslində yerli sakinlər hər zaman azərbaycanlılara nifrətlə yanaşdıqlarını və bizi öz torpaqlarımızdan didərgin salmaq üçün hər yola əl atdıqlarını etiraf edirlər.

Üçüncüsü, yerli sakinlər Azərbaycan və Ermənistanın sərhəd ərazilərindəki yüksəkliklərin Azərbaycan ordusunun əlində olduğunu etiraf etmək məcburiyyətində qalıblar ki, bu da bizi sevindirməyə bilməz.(caliber.az)
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam