Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Horadiz-Ağbənd istiqamətində işlərə başlanılıb” -Natəvan Bayramova

“Horadiz-Ağbənd istiqamətində işlərə başlanılıb” -  Natəvan Bayramova
Hazırda işğaldan azad olunmuş rayonlardan Horadiz-Ağbənd istiqamətində infrastruktur işlərinə başlanılıb.
Yenixeber.org: Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Natəvan Bayramova bildirib.

Qurum rəsmisi deyib ki, Bərdə-Ağdam istiqamətlərində də işlərin həyata keçirilməsi nəzərdə tutulub:

“Hazırda bütün dövlət qurumlarda, o cümlədən bizdə əsas prioritet işğaldan azad olunmuş ərazilər üzrə layihələrə başlamaqdır. Bu işlər mərhələli şəkildə həyata keçiriləcək".

N.Bayramova qeyd edib ki, sözügedən ərazilər uzun illər boyu istismara yararsız hala salınıb. "Ermənilər tərəfindən törədilmiş vandalizm aktları qarşısında bu cümlə çox yumşaqdır. Məsələn, Ağdam-Bərdə istiqamətində minadan təmizlənmiş ərazilərdə əvvəllər mövcud olmuş dəmiryol yatağının olması bilinmir. Aparılan işlərə uyğun olaraq işğaldan əvvəl mövcud olmuş yolların bərpası, zərurət yaranarsa, layihələndirmə işləri həyata keçirilə bilər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam