Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Siyəzəndə quşçuluq sexlərindən oğurluq edən şəxslər saxlanılıb

 

 

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan yenixeber.org-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qara Siyəzən və Beşdam kəndləri ərazisində yerləşən beş quşçuluq sexindən isitmə sobaları, elektrik naqilləri, lampalar və sexlərə məxsus digər avadanlıqları oğurlamaqda şübhəli bilinən üç şəxs saxlanılıb. Araşdırmalarla onların Siyəzən rayonu Beşdam kənd sakinləri Vüsal Hüseynov, Ziya Məhərrəmzadə və Samir İlyasov olduqları müəyyən edilib.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri silsilə oğurluq hadisələrini etiraf ediblər.

Faktlarla bağlı V.Hüseynov, Z.Məhərrəmzadə və S.İlyasov barəsində Siyəzən RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb. Dəstə üzvlərinin başqa oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam