Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

“Ermənilər bu vurhavurda qəsəbələr salır, hansı sülhdən danışırıq?”

“Ermənilər bu vurhavurda qəsəbələr salır, hansı sülhdən danışırıq?”

“Hər kəsin öz tələbləri və ərazisi var. Mən inanmıram ki, Azərbaycan, qalib gəlmiş bir dövlət hansısa bir ədalətsiz sülhə imza atsın”.

Yenixeber.org: Bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbas da “Turan” Agentliyinə açıqlamasında deyib. O, bildirib ki, hamı sülh istəyir, amma sülh ədalətli olmalıdır.

Komitə üzvü vurğulayıb ki, Ermənistan 10 noyabr bəyanatının bütün şərtlərini hələ ki, yerinə yetirməyib: «Azərbaycanlılar hələ ki, öz evlərinə qayıda bilməyiblər. Hələ ki, Ağdam-Şuşa, Ağdam-Kəlbəcər yolu açılmayıb. Ermənilər bu vurhavurda qəsəbələr salırlar”

Onun deməsinə görə, əvəzində Ermənistandan erməniləri Xankəndinə köçürürlər: “Belə olan halda hansı sülhdən danışırıq?»

Deputatın fikrincə, yol xəritəsindən bəlkə də danışmaq olar, amma indiki şəraitdə sülh sazişindən danışmaq mümkün deyil: «Hələ əvvəlki bəyanatı icra etsinlər, sonra isə sülhdən əlbəttə ki, danışacayıq. Bütün müharibələr axırda sülhlə bitir».

A.Abbas Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmaması ilə bağlı müzakirələrə də münasibət bildirib. O vurğulayıb ki, Azərbaycanın bu birliyə qoşulacağına inanmır: «Çünki əgər Ermənistan ordadırsa və aramızda sülh müqaviləsi yoxdur, Ermənistanla biz bir ittifaqdamı olacayıq? Bu mümkün deyil».

Deputat qeyd edib ki, artıq başqa ittifaqdan söhbət gedir: «Artıq Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bunu deyib. Söhbət Türk Dövlətlər Birliyindən, Türk Şurasından gedir. Biz bir ittifaqda birləşməliyik, tək qalmalı deyilik ki. Noyabrda İstanbulda Türk Dövlətlər Birliyi məsələsi müzakirə olunacaq».


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam