Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

SOCAR-ın əməkdaşlıq etdiyi şirkət -53 müharibə veteranını işlə təmin edib

SOCAR-ın əməkdaşlıq etdiyi şirkət 53 müharibə veteranını işlə təmin edib

“Security Operation Services” (SOS) MMC 53 Vətən Müharibəsi iştirakçısını işlə təmin edib.

Yenixeber.org: Şirkətdən verilən məlumata görə, həmin şəxslər neft mədənlərinin, boru kəmərlərinin və digər neft sənayesi obyektlərinin mühafizəsinə cəlb olunacaq.

Bu münasibətlə keçirilən tədbirdə neft obyektlərinin mühafizəsində çalışan müharibə veteranlarına xüsusi diqqət rəmzi olaraq, şirkətin kollektivi adından plaketlər də təqdim olunub.

Şirkətin direktoru Anar Məmmədov bildirib ki, qəhrəman Azərbaycan əsgərinin sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edilib: “Hazırda bütün şəhid ailələri və müharibə veteranları dövlətimizin sosial qayğısı ilə tam əhatə olunub, lakin özəl müəssisə və təşkilatlar da bu işə öz tövhəsini verməkdədir. “Security Operation Services” şirkəti Prezident İlham Əliyevin fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna 10.000 manat vəsait köçürüb. Bundan başqa şirkət digər sosial layihələrdə də fəal iştirak edir”.

“Security Operation Services” müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən peşəkar mühafizə şirkətidir. Zəngin fəaliyyət təcrübəsinə malik olan şirkət əməkdaşları bir sıra özəl və dövlət müəssisələrinin, o cümlədən SOCAR-la əməkdaşlıq çərçivəsində strateji sənaye obyektlərinin qorunmasını həyata keçirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam