Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş -beynəlxalq nəşr təqdim edilib

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq nəşr təqdim edilib

Məlum olduğu kimi, bu il yanvarın 25-də Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında müvafiq sərəncam imzalayıb.

Yenixeber.org: Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, yubileylə əlaqədar “Applied and Computational Mathematics” beynəlxalq jurnalının “Fuzzy logic and its application to modeling epidemies: Coronavirus and beyond” mövzusunda xüsusi buraxılışı dərc olunub.

Qeyd edək ki, ölkəmizdə yeganə impakt faktorlu jurnal olan “Applied and Computational Mathematics” NRYTN, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun həmtəsisçiliyi ilə nəşr edilir. Jurnalın baş redaktorları Azərbaycandan akademiklər Fikrət Əliyev, Əli Abbasov və Ukraynadan professor Vladimir Larindir.

Xüsusi buraxılışda çap olunan məqalələr Lütfi Zadə nəzəriyyəsinin COVID-19-a tətbiqi ilə bağlıdir. Sözügedən buraxılış qeyri-səlis yanaşmanın köməyi ilə yoluxucu xəstəliklərin, xüsusən də yeni koronavirusun yayılma dinamikasının modelləşdirilməsi, proqnozlaşdırılması kimi məsələlərə həsr olunub. Jurnalda Meksika, Kanada, Çin, Türkiyə, Tayvan, Hindistan, İran və digər ölkələrdən olan riyaziyyat, informatika, bioinformatika, tibbi informatika üzrə tanınmış alimlərin koronavirusla bağlı yeni elmi nəticələri yer alıb.

Buraxılışın əsas dəvətli redaktoru qeyri-səlis məntiq üzrə dünyaca tanınmış məşhur alim Tijuana Texnologiya İnstitutunun (Meksika) professoru Oskar Kastillo, digər dəvətli redaktorlar isə Zakia Hammouç (Harran Universiteti, Türkiyə), Abdon Atanqana (Azad Dövlət Universiteti, Cənubi Afrika), Kruz Varqas De Len (Guerrero Muxtar Universiteti, Meksika), Karam Allalidir (Kasablanka II Həsən Universiteti, Mərakeş).

Jurnalın xüsusi buraxılışları beynəlxalq səviyyədə Azərbaycan elminin dünya elminə inteqrasiyası və böyük uğurudur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam