Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ermənistan çıxış yolunu Azərbaycanda görür -VİDEO

 

Erməni fəal İşxan Verdyan ölkəsindəki xaosu dəlixana adlandırıb. 

Yenixeber.org: O, canlı yayımda baş nazir Nikol Paşinyana “Qarabağ klanı”na qalib gəlmək üçün çıxış yolu göstərib. İ.Verdyan bildirib ki, Ermənistanda hökumət, prezident aparatı, məhkəmələr, bütün qurumlar işləməkdən imtina edir. 

“Ele bil dəlixanadır. Mən qeyd etmək istəyirəm ki, onlar “Qarabağ klanı”nın təyin etdiyi insanlardı. Çox ciddi siyasi oyun gedir, onlar hökumətə qarşı hücuma keçiblər. Bu oyun Paşinyanı siyasi persona kimi məhv etməyə hesablanıb. Onların hamısı qanun çərçivəsində hərəkət edir, düzdü, amma bu sistem xalqın əleyhinə işləyirsə, demək bu dəhşətdir.

Mən indi Nikol Paşinyana çıxış yolu təklif etmək istəyirəm. Bu elə variantdır ki, “Qarabağ klanı”nı kökündən vuracaq və məhv edəcək. Bununla da ölkəmiz xilas olacaq. Bilirsiniz o nə edə bilər? Rəsmi olaraq parlamentdə Azərbaycanın ərazi bütövlüyünü qəbul edib hər şeyə nöqtə qoya bilər. Bundan sonra “Qarabağ klanı” Ermənistanda heç nə edə bilməyəcək. Hər şeyi itirəcəklər. Düşmənçilik yox olacaq, yəni ondan sonra müharibə adı çəkilsə, heç kim getməyəcək, çünki bu, hərbi cinayət sayılacaq. Nikol, sən düzgün addım ata bilərsən. Bununla onlara qalib gəlib bizi xilas edə bilərsən”.

İ.Verdyan xüsusilə qeyd edib ki, əgər N.Paşinyan bu addımı atsa, Azərbaycan və Türkiyə ilə düşmənçilik bitəcək və normal münasibətlər qurmaq mümkün olacaq.

“Bu addım Ermənistan üçün sizin rəhbərliyiniz altında yeni dövr ola bilər. Bəlkə bu həyatınız üçün təhlükəli olacaq, amma siz ölkəmiz üçün bu riskli addımı ata bilərsiniz. Bizim kimi siz də bu ölkənin vətəndaşısınız. Əsgərlər vətən üçün risk etdikləri kimi, siz də edin. Sizi buna görə tutmayacaqlar. Çünki bunu etsəniz xalq sizi dəstəkləyəcək. Bu hamımız üçün qurtuluş olacaq. “Qarabağ klanı”nı bununla məhv edə bilərsiniz, hətta özünüz onlarla bacara bilməsəniz, Azərbaycana təhvil verə bilərsiniz”. 

Xatırladaq ki, Nikol Paşinyan martın 1-i müxalifətə öz gücünü nümayiş etmək üçün İrəvanda genişmiqyaslı mitinq keçirib və xalq qarşısında çıxış edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam