Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

5 rayonda 10-a yaxın mağazadan oğurluq edən şəxslər saxlanılıb-FOTOLAR

  

İsmayıllıda fevralın 15-i gecə saatlarında şəhərin Məhsəti küçəsində və rayonun Bizlan kəndi ərazisində yerləşən ərzaq mağazalarından oğurluq edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Polislər tərəfindən hadisə yerlərinə baxış keçirilib, naməlum şəxslər tərəfindən mağazaların giriş qapıları sındırılaraq, oradan ümumi dəyəri 4500 manat olan siqaret, içkilər, telefon danışıq kartları, pul və digər əşyalar oğurlandığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən 3 nəfər-Qobustan rayon sakini Şirxan Əzizov, Gədəbəy rayon sakinləri-Emin Mustafayev və Taleh Bağırov Abşeron rayonu ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslərin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı onların respublikanın bir neçə rayonunda törətdikləri analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, dostların Göyçay, Kürdəmir, Ağsu, Qəbələ rayonlarında ümumilikdə 7 telefon və ərzaq mağazasına daxil olaraq oradan oğurluq etdikləri məlum olub. Həmin şəxslərdən oğurladıqlarının bir qismi maddi sübut kimi götürülərək istintaqa təqdim edilib. Digər mobil cihazların isə telefon aksesuarları mağazasında satıcı işləyən Emin Mustafayev tərəfindən satıldığı, əldə etdikləri pulu isə öz aralarında bölüşdürdükləri aşkar olunub.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, şübhəli şəxslərin digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır.

 

 

 
 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam