Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mədəniyyət Nazirliyi "Aleksandr Nevski" kilsəsinin görüntülərini yayımlayıb -VİDEO

Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində təqdim edir: "Aleksandr Nevski" pravoslav kilsəsinin videogörüntülərini yayımlayıb.

Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, məbəd 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilmişdir. Kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb.

1935-1938-ci illərdə bina muzey binası kimi istifadə edilmişdir. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürüldü və kafedral anbar kimi istifadə edildi.

1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılmışdır. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri hesab edilən bu kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.

2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam