Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıdakı pravoslav kafedral kilsəsində -şəhidlərin anım mərasimi keçirilir

Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilir

Bakıdakı Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı (“Jen Mironosits” pravoslav kafedralı) kilsəsində Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilir.

Yenixeber.org: Saat 12.00-da şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

“Jen Mironosits” kilsəsi Bakı və Xəzəryanı yeparxiyanın baş məbədi sayılır. Arxiyerey Aleksandr İşein və kilsənin baş keşişi Leonid Miltıxın iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilir və şəhidlərin ruhuna dualar oxunur.

Qeyd edək ki, Müdafiə Nazirliyi Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2 783 nəfər hərbi qulluqçusunun şəhid olduğunu açıqlayıb.

Prezident İlham Əliyev 4 dekabr saat 12:00-da bütün Azərbaycan ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi barədə sərəncam imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam