Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Ermənistanda -Rusiyanın bir neçə telekanalının açıq yayımı saxlanılıb

Ermənistanda Rusiyanın bir neçə telekanalının açıq yayımı saxlanılıb

Ermənistanda qanunvericiliyə edilən son dəyişiklikdən sonra ölkə ərazisində Rusiyanın bir neçə telekanalının açıq yayımı saxlanılıb.

Yenixeber.org: “Sputnik Armenia” verdiyi xəbərə görə, Rusiyanın “RTR-Planeta” telekanalı bütün ölkə boyu, “Rossiya-Kultura” və “Birinci kanal” isə paytaxt İrəvanda açıq yayım hüququnu qoruyub saxlayıb.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayının sonunda Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi kütləvi kommunikasiyalar sahəsində Ermənistanla əməkdaşlıq haqda hökumətlərarası razılaşmanın imzalandığını açıqlayıb.

 

Xatırladaq ki, ötən ilin avqustunda Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb. Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edirdi. Dəyişikliyə əsasən, bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq. Dəyişiklikdən əvvəl də Ermənistanda Rusiyanın “Birinci kanalı”, “RTR-Planeta”, “Rossiya-Kultura”, eyni zamanda, dövlətlərarası “Mir” telekanalı açıq yayımlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam