Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ERMƏNİSTANDA RUSİYA TELEKANALLARI “TESTDƏN KEÇƏCƏK” –Yeni qanun layihəsi yayım siyasətini dəyişəcək

Kirill Krivoşeyev, Ayk Xalatyan

“Kommersant”, 28.06.2020

 

Yenixeber.org: Rusiyanın İrəvandakı səfirliyi xarici, o cümlədən rusdilli telekanalların Ermənistanda yayım qaydalarına dəyişiklik edən yeni qanun layihəsinə təpki verib. Birinci oxunuşda dəstəklənən sənəd, nəhayət, qəbul olunarsa, Rusiya kanalları yayım şəbəkəsinə yalnız dövlətlərarası razılaşma əsasında daxil ola biləcək. Bundan əlavə, onların məzmunu erməni dilində çoxaldılmalı və ya alt yazılarla təmin edilməlidir. “Kommersant” aydınlaşdırıb ki, qanun iyul ayında qəbul ediləcək və faktiki olaraq yeni qaydalar 2021-ci ilin əvvəlindən qüvvəyə minəcək.

Ermənistanda “Audiovizual media haqqında” qanun layihəsi müzakirə olunur, layihəyə əsasən, xarici televiziya kanallarının multipleksdə, yəni şərti antena ilə ölkədə mövcud olan paketdə yayımı məhdudlaşdırılır.

Sənəd iyunun 18-də ilk oxunuşdan keçdikdən sonra Rusiya səfirliyi ötən Cümə günü öz “Facebook” səhifəsində buna münasibət bildirib.

Rusiya diplomatik nümayəndəliyi “yeni qanunun Rusiya televiziya kanallarının respublikada yayımının taleyinə birbaşa təsir edəcəyini” etiraf etmək məcburiyyətində qalıb. “Yeni şərtlər daxilində xarici yayımçılar, – söhbət isə ilk növbədə, Rusiya telekanallarından gedir, – dövlət multipleksində yalnız dövlətlərarası razılaşma əsasında yayımlana biləcək. Yəni oyunun yeni qaydalarını razılaşdırmaq lazımdır və onları Ermənistan tərəfi təklif edəcək. Rusiya tərəfi dəfələrlə müvafiq dialoqa hazır olduğunu bildirib”.

Bundan əlavə, rusiyalı diplomatlar sənədin “dil təhlükəsizliyi” kimi bir müddəasını şərh ediblər. “Başa düşdüyümüz kimi, xarici dildə olan media məhsulunun erməni dilində dublyajı və ya altyazı ilə məcburi müşayiəti tələb olunur”, – deyən Rusiya səfirliyi bildirib ki, rəsmi statusunun olmamasına baxmayaraq, “rus dili bu günə qədər Ermənistanda xarici dildən daha böyük rol oynayır”.

Hazırda Ermənistanda 5 xarici kanal kabelsiz fəaliyyət göstərir: Rusiyanın “Pervıy kanal”, “Rossiya”, “Kultura”, habelə Amerikanın CNN və bütün MDB-nin telekanalı sayılan “Mir”.

Kabel televiziyası operatorları da, öz növbəsində, qanunla əhatə olunmur və abunəçilərə istənilən xarici kanalları sata bilər. Düzdür, Ermənistanın kabel şəbəkəsinin əhatə dairəsi ilə bağlı təxminlər dəyişir.

Rusiya diplomatlarının fikrincə, “bu gün Ermənistanda kabelli yayım hamı üçün əlçatan deyil”, lakin Ermənistan parlamenti sədrinin müavini Alen Simonyan fərqli düşünür. “Multipleks televiziya məkanının çox kiçik hissəsini özünə bağlayan sistemdir. İrəvan və digər böyük şəhərlərin əksəriyyəti kabel televiziyasından istifadə edir”.

Simonyanın sözlərinə görə, xarici televiziya kanallarının multipleksdə olması nadir haldır. Bununla yanaşı, erməni və rus diplomatları arasında VQTRK holdinqinin, yəni “Rossiya” və “Kultura” kanallarının kabel yayımı ilə bağlı danışıqlar gedir.

Sənədi tərtib edənlərdən biri, hakim “Mənim addımım” blokundan olan deputat Vahan Tevosyan “Kommersant”a bildirib ki, qanun layihəsinin iyulun sonuna qədər qəbul edilməsi planlaşdırılır. O, qanunun Rusiya televiziya kanallarının tamaşaçılarının maraqlarına təsir göstərməyəcəyinə inanır və bunda heç bir siyasi komponent görmür.

“Cəmiyyətimizin əhəmiyyətli hissəsi rus dilində danışır. Rus telekanallarını sevirlər, lakin hərtərəfli bir həll yolu olaraq, telekanalları iki yerə bölməliyik: erməni və xarici. Xarici telekanalların yayımını qadağan etmirik, amma ictimai multipleksdə iki ölkə arasında razılaşmalar əsasında fəaliyyət göstərən televiziya kanallarının mövcudluğuna imkan veririk”.

De-fakto yeni qaydalar 2021-ci ilin əvvəlindən etibarən qüvvədə olacaq.

Qeyd edilməlidir ki, qanun layihəsi yeni elan edildiyi zaman, 2020-ci ilin yanvarında Rusiya Xarici İşlər Nazirliyini təəccübləndirib. Düzdür, sonradan məlum olduğu kimi, səbəb anlaşılmazlıq idi. Televiziya və Radio üzrə Milli Komissiyanın sədri Tiqran Hakobyanın xarici televiziya kanallarının multipleksdə olmasının “Ermənistanın milli təhlükəsizliyinə təhdid yaratdığını” və Rusiya səfirinin bu yanaşma ilə razılaşdığını iddia edib.

Ancaq sonradan cənab Hakobyan, sözlərinin səhv anlaşıldığını, milli deyil, “məlumat” və “dil təhlükəsizliyi” haqqında danışdığını bildirib. Eyni zamanda, Tiqran Hakobyan, ümumiyyətlə, Rusiya televiziya kanallarını xatırlatmayıb.

“Kommersant”ın sualını cavablandıran cənab Hakobyan bir daha qeyd edib ki, qanun layihəsinin məqsədləri siyasi deyil, texnikidir. “Məhdud sayda multipleks yuvası yerli televiziya kanallarını – daha güclü xarici telekanalların lehinə – ölkənin yeganə rəqəmsal multipleksindən kənarlaşdırır”.

Onun sözlərinə görə, hər kəs multipleksə girə bilsə, bu, Qərb ölkələrindəki televiziya kanalları vasitəsilə “anti-Rusiya təbliğatı”nın güclənməsi təhlükəsi yaradacaq. Bundan əlavə, cənab Hakobyan Rusiya televiziya kontentinin mövcudluğunu təsdiqləyən statistikaya istinad edib. “Son illərdə komissiyanın Rusiya telekanallarının kabel şəbəkələrində yayımlanmasına icazə verməməsinə dair bircə hal belə olmayıb. Ermənistanın kabel operatorlarının paketlərində 400-ə yaxın televiziya proqramı mövcuddur. Bunlardan 209-u Rusiya istehsalıdır, 114-ü Avropa ölkələrində və ABŞ-da istehsal olunur, yəni teleməhsulun əksəriyyəti Rusiyadan alınır və rus dilində yayımlanır. Eyni zamanda, ev təsərrüfatlarının 65%-i artıq kabel operatorlarının paketlərinə qoşulub”, – deyə Tiqran Hakobyan əlavə edib.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam