Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

SOCAR ərazisində qanunsuz tikintiyə: Binəqədi icra hakimiyyəti göz yumur –VİDEO

SOCAR ərazisində qanunsuz tikintiyə: Binəqədi icra hakimiyyəti göz yumur – VİDEO

2 dəfə sökülüb, 3-cü dəfə tikilir – Binəqədidə işləyən neft quyusunun üstündə qanunsuz obyekt inşa olunur

Yenixeber.org: Bakı şəhərinin Binəqədi rayonunda, Şah Abbas küçəsiylə Dəyirman yolunun kəsişməsindəki “777” tikinti malları mağazasının arxasında qanunsuz nəhəng tikinti işi aparılır. Ona görə qanunsuzdur ki, sözügedən ərazi Dövlət Neft Şirkətinin balansındadır və obyekt fəaliyyətdə olan neft quyusunun bir neçə metrliyində inşa olunur.
Bildirilir ki, məhz qanunsuz olması ilə əlaqədar tikinti 2 dəfə sökdürülüb, amma bununla belə yenə işlər bərpa olunub. Həm də sözügedən obyektin inşa işləri həftənin şənbə və bazar günləri həyata keçirilir.
Obyektlə bağlı əldə etdiyimiz məlumat təxmin etməyə əsas verir ki, əgər 2 dəfə söküləndən sonra sahibkar öz sevdasından əl birdəfəlik çəkməyibsə, demək, hər dəfə ona ümid verib, “əşi, boş şeydir, bir az ara sakitləşsin, yenə qaldırarsan” – deyən məmur olub. Hələ üstəlik, tövsiyə də verib - ustaları ara günlər deyil, məhz qeyri-iş günləri işlətsin ki, jurnalistlər zəng vurub onu və onun kimi başqa nəzarətçi məmurları dəng eləməsinlər.
Görünən odur ki, Binəqədi rayonunda qanunsuz tikililərin baş alıb getməsi barədə döyülən “həyəcan təbilini” de-fakto torpaq maqnatları - Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və ARDNŞ prezidenti Rövşən Nəcəf eşitmirlər. Çünki bu vəzifəli şəxslərin tabeliyində işləyən funksionerlər həmin qanunsuz tikilinin davam etdirilməsindən yaxşı xəbərdardırlar.
Tikinti yerində qeydə aldığımız video-görüntüləri başda cənab Elxan Allahverdiyev olmaqla cavabdeh məmurlara göndərmişik. Cavabları ləngiyir.(nyus.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam