Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fransa radiosu: -Bakı 20 il əvvəl verdiyi vədi gerçəkləşdirdi

Fransa radiosu:  Bakı 20 il əvvəl verdiyi vədi gerçəkləşdirdi
Rusiya təbii qazından asılılıq: Avropa Azərbaycanın sayəsində qaz təchizatının şaxələnməsinə ümid edir. Bu, təbii qaz tədarük mənbələrini şaxələndirməyə çalışan Avropa üçün vacib bir addımdır. Dekabrın 31-də Azərbaycan Bolqarıstandan keçərək Avropaya ilk təbii qazının çatdığını elan etdi. Beləliklə, Bakı 20 il əvvəl Xəzər dənizində nəhəng “Şahdəniz” təbii qaz yatağını kəşf edəndə verdiyi vədi gerçəkləşdirdi.
Yenixeber.org: Bu fikirlər Fransanın RFİ rasidosunda “Rusiya təbii qazından asılılıq: Avropa Azərbaycanın sayəsində qaz təchizatının şaxələndirilməsinə ümid edir” adlı verilişdə səsləndirilib.

Bildirilib ki, avropalıların təbii qaz təchizatını və onların rus qazından asılılığını azaltmaq məqsədilə Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi kəməri ilə Avropaya çatdırılıb.

Verilişdə Cənub Qaz Dəhlizinin əhəmiyyətindən söz açılıb. Avropanın təbii qaz asılılığını azaltmaqla bərabər, havanı çirkləndirən kömür elektrik stansiyalarını qaz elektrik stansiyaları ilə əvəzləmək istədiyi diqqətə çatdırılıb.

Layihənin birinci mərhələsi “Şahdəniz-1” 2006-cı ildə, ikinci mərhələ “Şahdəniz-2”nin istismarı 2018-ci ildə başlayıb. 28 milyard dollar dəyərində olan “Cənub Qaz Dəhlizi” kəməri Türkiyə, Yunanıstan, Albaniya və Adriatik dənizi üzərindən qaz təchizatını təmin edən üç qaz boru kəməri kompleksindən ibarətdir. 2020-ci ildə tamamlanan layihə ildə 10 milyard kubmetr qazı Avropaya, 6 milyard kubmetr qazı isə Türkiyəyə nəql etməyə imkan verən 3500 kilometr qaz kəmərindən ibarətdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam