Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

TAP-ın həcmi artdı

 

Avropa Birliyi Azərbaycan qazının alışını iki dəfə artırmaq istəyir

 

"Xeberinfo.com": Ukraynada baş verənlər, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və Rusiyanın təbii qaz ilə bağlı təhdidləri Avropa Birliyini başqa mənbə axtarışına başlamağa sövq edib. 
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Avropa Birliyi Rusiya qazından asılılığı azaltmaq üçün Trans-Adriatik Boru Kəmərinin (TAP) həcmini artırmağa qərar verib. 
Enerji ittifaqı işləri üzrə avrokomissar Maroş Şefçoviç TAP-ın həcminin artırılması ilə bağlı anlaşma əldə edildiyini deyib. Açıqlama verən Şefçoviç boru xəttinin həcminin əvvəll 10 milyard kubmetr olduğunu deyib. Lakin indi 20 milyard kubmetrə çatdırılan TAP sayəsində Rusiyadan asıllılıq azalacaq. 
TAP “Şahdəniz” yatağının 2-ci fazasından Azərbaycandan Avropaya təbii qazın nəqli üçün inşa edilməsi nəzərdə tutulan 870 kilometrlik boru xəttidir. TANAP boru kəmərinin davamı olaraq, Türkiyə-Yunanıstan sərhəddinin Kipoi məntəsindən başlayaraq, Yunanıstan, Albaniya və Adriatik dənizi boyunca uzanan TAP boru kəməri sonunda İtaliyanın cənub sərhədlərinə çatacaq.
Qazın ilkin satışı 2018-ci ildə Gürcüstan və Türkiyəyə nəzərdə tutulub. Bu prosesdən bir il sonra təbii qazın Avropaya satışı mümkün olacaq. TAP səhmdarları BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və “Axpo” (5%) şirkətləridir.
Layihənin 2019-cu ilə kimi bitməsi gözlənilir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam