Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan qazı-TANAP-la Türkiyə-Avropa sərhədinə çatdırılıb

Azərbaycan qazı TANAP-la Türkiyə-Avropa sərhədinə çatdırılıb

Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən qaz Türkiyə-Avropa sərhədinə çatdırılıb.

Yenixeber.org:  2018-ci il yanvarın 23-də TANAP-a Gürcüstan-Türkiyə sərhədindən daxil olan “Şahdəniz” qazı 2019-cu il iyunun 15-də tarixi bir gündə - Qurtuluş günündə Avropa sərhədinə çatdırılıb.

İstifadədə olan bir il ərzində TANAP-la Türkiyəyə 1,8 mlrd. kubmetr qaz nəql edilib. Cari ilin sonunadək kəmərlə Türkiyəyə 3 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır.

Xatırladaq ki, 1 850 km uzunluğa malik olacaq TANAP-ın illik gücünün 16 mlrd. kubmetr təbii qaz nəql edəcək. Bunun 6 mlrd. kubmetri Türkiyəyə, 10 mlrd. kubmetri isə Avropaya veriləcək.

Avropaya qazın nəqli Trand-Adriatik qaz kəmərilə təmin ediləcək. TAP-la qazın nəqlinə 2020-ci ildə start veriləcək. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam