Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan ərəb ölkələrində seysmik stansiyalar quraşdıracaq

 

Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Dubay və Qətərdə seysmik stansiyalar quraşdıracaqlar.

"Xeberinfo.com": Məlumata görə, bu barədə Trend-ə Mərkəzdən bildiriblər.

 

 Qeyd olunub ki, azərbaycanlı mütəxəssislər ərəb ölkələrində ABŞ-ın “Kinemetrics” şirkətinin istehsal etdiyi stansiyaları quraşdıracaqlar.

 

Sistem inteqratoru funksiyasını yerinə yetirən Seysmoloji Mərkəz “Kinemetrics” şirkətinin Asiya və ərəb ölkələrində stansiyalar şəbəkəsinin quraşdırılması üzrə məsul tərəfdaşı seçilib.

 

Bundan əvvəl azərbaycanlı mütəxəssislər bu stansiyaların Omanda quraşdırılmasını həyata keçiriblər.

 

Bundan başqa, Əbu Dabidə peyk texnologiyaları əsasında çalışan telemtrik stansiya da RSXM-in mütəxəssisləri tərəfindən quraşdırılıb, həmçinin yerli mütəxəssislər üçün təlimlər təşkil olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam