Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Alimimiz MDB Şurasına üzv seçildi

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Müstəqil Dövlətlər Birliyinin (MDB) Gənc Alimlər Şurasında təmsil olunacaq. Belə ki, AMEA GAMŞ sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov MDB ölkərinin Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü seçilib.

"Xeberinfo.com":  Məlumata görə, Moskva şəhərində keçirilən tədbirdə AMEA GAMŞ-ın elmi-ictimai fəaliyyəti haqqında məruzə edən F.Salmanov Şuranın gələcək hədəflərinə müvafiq olaraq MDB ölkələrində fəaliyyət göstərən anoloji Şuralarla əməkdaşlığın vacib olduğunu bildirib. O deyib ki, bu məqsədə nail olmaq üçün yeni təsisat əlavə stimul kimi qiymətləndirilməlidir.

Məruzə dinləyicilər tərəfindən müsbət qarşılanıb və Azərbaycanla bu sahədə əməkdaşlığın perspektivləri digər ölkələrin nümayəndələri tərəfindən geniş müzakirə olunub.

AMEA GAMŞ-n İdarə Heyətinin üzvü fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın da iştirak etdiyi iclasın yekununda MDB ölkələrinin Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin tərkibinin müəyyənlədirilməsi ilə bağlı keçirilən seçkidə Famin Salmanov sözügedən İdarə Heyətinə üzv seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam