Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Paşinyanın daha bir sələfi -onu istefaya çağırdı

Paşinyanın daha bir sələfi onu istefaya çağırdı

"Ermənistan dərin – mənəvi, psixoloji, siyasi, iqtisadi, sosial, ciddi böhran içindədir. Daha dərin böhranı təsəvvür etmək çətindir. Daha nə olmalıdır?".

Yenixeber.org: Bu fikirlər Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın ölkədə yaranmış vəziyyətlə əlaqədar bəyanatında yer alıb.

Karen Karapetyan qeyd edib ki, ölkənin bu vəziyyətə düşməsinə səbəbkar hakimiyyətdir.

“Bu taleyüklü məqam hakimiyyət üçün dar siyasi maraqlarından daha yüksəkdə durmaq bacardığını göstərmək, yüksək şüur nümayiş etdirmək, ölkəni sakitləşdirmək, siyasi qüvvələrə keçdikləri yolu yenidən düşünmək və gələcəyə baxış formalaşdırmaq, xalqın isə yeni bir hökuməti seçmək üçün ən vacib sınaq şərtləridir”, - deyə o vurğulayıb.

“Ümid edirəm ki, baş nazir özündə ölkənin gələcəyi xeyrinə istefaya getməsi ilə bağlı qərar qəbul etməyə cəsarət tapacaq", - Karen Karapetyanın bəyanatında deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam