Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Reabilitasiya Mərkəzində yaralı hərbçilərimizə xidmət göstəriləcək-QƏRAR

 

Prezident İlham Əliyev vətəndaşların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət yetirir və qayğı göstərir. Bu qayğının nəticəsidir ki, ölkə başçısının tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən səkkizmərtəbəli reabilitasiya mərkəzi inşa olunub.
Yenixeber.org: Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həmin mərkəzin döyüşlərdə iştirak edib yaralanan hərbçilərə xidmət göstərməsi qərara alınıb. Səhiyyə və Müdafiə nazirlikləri həmin təşəbbüsü dəstəkləyərək qərara alıblar ki, Vətən müharibəsində iştirak edib yaralanan hərbçilərə sabahdan etibarən həmin mərkəzdə xidmət göstərilsin. Əminəm ki, bu mərkəzdə reabilitasiya keçən hərbçilərimiz tez bir zamanda sağlamlıqlarına qovuşa biləcəklər.
Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

Mərkəzin baş direktoru Mürsəl Mürsəlov isə bildirib ki, Reabilitasiya Mərkəzində eyni anda 200 hərbçiyə xidmət göstərilməsi nəzərdə tutulub: “Burada hərbçilərə reabilitasiya, fizioterapevtik və digər xidmətlər göstəriləcək. Mərkəz ən müasir avadanlıqlarla təchiz olunub. Həmin avadanlıqlar ölkəmizdə bir çox müəssisələrdə mövcud deyil. Eyni zamanda, xəstələrə yüksəkixtisaslı həkimlər xidmət göstərəcək. Mərkəzdə əsasən dayaq-hərəkət sistemində problemi olan xəstələr müalicə alacaq və mütəxəssislər onların yaxın zamanlarda normal həyata qayıtmaları üçün əllərindən gələni edəcəklər. Burada əsas məqsəd hərəkət məhdudiyyəti olanların sağlamlığının bərpası, müalicəsi və normal həyata qayıtmasına nail olmaqdır”.

Baş direktorun sözlərinə görə, mərkəzdə ətrafların hərəkətini tam və ya qismən itirənlərin, psixi durumunda problem olanların normal həyata qaytarılması nəzərdə tutulub: “Müharibədə aşağı və yuxarı ətraflarda ciddi xəsarət alan, onları itirənlərin ilk növbədə psixoloji durumu normallaşdırılmalıdır. Müharibə yeni bitib, protezlərlə təminat növbəti mərhələdə olacaq. Xəstələrin qəbulu Müdafiə Nazirliyinin göndərişləri əsasında həyata keçiriləcək. Reabilitasiya dövrü minimum iki həftə olacaq. Lakin ola bilər ki, həmin müddət uzadılsın”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam