Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

7 min nəfərə reabilitasiya vasitəsi verilib

    

7 min nəfərə reabilitasiya vasitəsi verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ildə ümumilikdə 7 mindən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa 23,7 min müxtəlif reabilitasiya vasitəsi verilib.
Yenixeber.org: Nazirlikdən  verilən xəbərə görə, bu istiqamətdə xidmət göstərilənlərdən 900 nəfərə yaxını Qarabağ müharibəsi əlili olub. Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara təqdim edilən reabilitasiya vasitələrindən 1006-sını əlil arabası təşkil edib. 

Digər reabilitasiya vasitələri aşağı və yuxarı ətraf, həmçinin döş protezlərindən, bel və boyun nahiyəsi üçün korsetlərdən, protez və ortopedik ayaqqabılardan, dördayaqlı dayaq vasitələrindən, qoltuqaltı və dirsəkaltı ağaclardan, əsalardan və s. ibarət olub. Fiziki məhdudiyyətli şəxslərin müraciətləri əsasında 546 reabilitasiya vasitəsi təmir edilərək yenidən sahiblərinə təqdim edilib. 

Reabilitasiya vasitələri ilə təmin edilmək üçün özlərinin (yaxud yaxınlarının) Bakıya, Protez-Ortopedik Bərpa Mərkəzinə gəlmək imkanı olmayan insanlara bu vasitələrin elə yaşadıqları rayonlara və şəhərlərə, hətta bir hissəsinə evlərinə aparılaraq verilməsi həyata keçirilib. Ölkəmizin 50-dən çox rayon və şəhərində bu məqsədlə səyyar xidmətlər göstərilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam