Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
AHİK-də “yenilik” şousu və reallığın acı üzü -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Nazir reabilitasiya xidmətlərinə baxış keçirib - Fotolar

Nazir reabilitasiya xidmətlərinə baxış keçirib - Fotolar
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlara göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib.
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidentİlham Əliyevin sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısının daha bir təzahürü kimi, Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. 



Mərkəzdə qəbul və qeydiyyat, tibbi reabilitasiya, sosial reabilitasiya ve tədris şöbələri fəaliyyət göstərir. Uşaqlar fizioterapevtik prosedurlarla yanaşı, tədris metodikaları əsasında tədris-peşə yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirlərinə də cəlb edilirlər. Burada il ərzində 2 mindən çox sağlamlıq imkanları məhdud uşağa 40 növdə reabilitasiya xidmətləri göstərilir. 



S.Babayev Mərkəzdə tətbiq olunan fizioterapevtik müalicə prosedurlarını nəzərdən keçirib. Həmçinin uşaqların sosial, tədris-peşə reabilitasiyası tədbirlərinə cəlb olunması vəziyyəti ilə yaxından tanış olub. Müalicəvi bədən tərbiyəsi, masaj, hovuz müalicəsi, psixoterapiya, əmək və musiqi terapiyası, loqoped xidməti və s. istiqamətlərdə uşaqlarla aparılan işlər nəzərdən keçirilib. 



Müəssisənin kollektivinə müvafiq tapşırıqlarını verən nazir sağlamlıq imkanları məhdud uşaqlarla və onların valideynləri ilə də görüşüb. Tətbiq olunan bərpa müalicəsi prosedurları, göstərilən xidmətlərlə bağlı onların fikirlərini öyrənib. 



S.Babayev görüşdə reabilitasiya sisteminin qabaqcıl təcrübələr əsasında təkmilləşdirilməsi, bərpa infrastrukturunun respublikamızın bölgələri üzrə genişəndirilməsi üçün aparılan işləri qeyd edib. Cari ildən başlayaraq ölkəmizin bir sıra regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacağını deyib. 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam