Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olublar

 

 

    Yenixeber.org: Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Mərkəzdə bugünədək görülən işlər, xəstələrin müalicəsi barədə məlumat verilib.

Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov 2009-cu ildən istifadəyə verilən Mərkəzin bu xəstəliyə düçar olanların müalicəsində mühüm rol oynadığını, xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstək olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Talassemiya Mərkəzində aparılan islahatlar, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində görülən işlər, Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi üçün hazırlanmış tədbirlər talassemiyalı xəstələrin müalicəsində, eyni zamanda, profilaktikasında əhəmiyyətli rol oynayır.

Azərbaycan Prezidentinin imzaladığı müvafiq Fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Talassemiya Mərkəzinə publik hüquqi şəxs statusu verilməsinin Mərkəzin fəaliyyətinin genişləndirilməsi və talassemiyalı xəstələrlə yanaşı, digər qan xəstələrinə xidmət göstərilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edərək, onların müalicəsinin gedişi ilə maraqlanıb.

Mehriban Əliyeva səhiyyə və sosial məsələlərin Heydər Əliyev Fondunun fəaliyyətində prioritet təşkil etdiyini, bu baxımdan da talassemiyalı xəstələrin müalicəsinə, o cümlədən bu xəstəliyin profilaktikası üzrə maarifləndirmə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə öz dəstəyini verdiyini bildirib.

 

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam