Ermənistan yenə “kukurizniki” PUA deyə təqdim etdi - VİDEO

Yenixeber.org: Bu barədə məlumat Ermənistan Müdafiə Nazirliyinə yaxın Teleqram kanallarında yerləşdirilib. Məlumatda vurulan PUA-nın AN-2 olduğu bildirilib. Erməni tərəfi bu PUA-nın Azərbaycan-Türkiyə istehsalı olduğunu açıqlayıb.
Qeyd edək ki, dünyada AN-2 adında heç bir PUA yoxdur. AN-2 SSRİ istehsalı olan çoxfunksiyalı təyyarədir. Bu təyyarə "kukuruznik” adıyla məşhurdur. Bir sıra ekspertlər Azərbaycanın bu tip təyyarələri Ermənistanın hərbi hədəflərinin yerini tapmaq üçün yalançı hədəf kimi istifadə etdiyini deyirlər.









AZ
RU