Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Azərbaycan İsraildən Ermənistanı silkələyən SİLAHLAR ALIR- VİDEO

 

Azərbaycan İsraildən Ermənistanı silkələyən SİLAHLAR ALIR - VİDEO

İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems Ltd” şirkətinin Azərbaycana pilotsuz təyyarələr satması üçün lisenziyanı yeniləyib.

Yenixeber.org: Azərbaycan İsrail şirkətinin istehsalı olan “Orbiter 1K” pilotsuz təyyarəsini almaq istəyir.


“Müdafiə nazirliyi lisenziyanın dayandırılmasını ləğv edib. Şirkət pilotsuz təyyarələri yuxarıda göstərilən müştəriyə satmağa davam edə bilər”, – “Aeronautics” məlumat yayıb.

Kamikadze funksiyasını yerinə yetirən bu təyyarələr “aprel müharibəsi”ndə işğalçı ölkənin ordusunu darmadağın etmişdi. Müharibədən sonra Ermənistan tərəfi İsrail qarşısında bu təyyarələrin Azərbaycana satılmasının dayandırılması məsələsini qaldırmışdı. Lakin İsrailin Müdafiə Nazirliyi lisenziyanı yeniləyib. Azərbaycan bundan sonra da pilotsuz təyyarə-kamikadzeləri almağa davam edəcək.

Erməni şərhçi Hakop Badalyan yazır ki, “Aeronautics” Azərbaycanın İsraildə pilotsuz təyyarə ala biləcəyi tək şirkət deyil: “İsrailin müdafiə sənayesi üzrə ixtisaslaşmış müxtəlif şirkətləri Azərbaycanla əməkdaşlıq edir. İsrail Müdafiə Nazirliyinin sonuncu qərarı da fevralın 27-də İrana səfər etməyə hazırlaşan Nikol Paşinyana cavab hesab oluna bilər. İsrail Ermənistan-İran münasibətlərini diqqətlə izləyir”.(publika)





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam