Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Azərkosmos” -vətəndaşlara müraciət edib

“Azərkosmos” vətəndaşlara müraciət edib

“Azərkosmos” ASC Korporativ Sosial Məsuliyyət fəaliyyəti çərçivəsində “Hər şey Vətən üçün, hər şey qələbə üçün” şüarı altında Dağlıq Qarabağ hadisələri haqqındakı tarixi faktların və erməni saxtakarlığını sübuta yetirən məlumatların rus, ingilis və fransız dillərinə təmənnasız tərcümə olunması təşəbbüsünə start verib.

Yenixeber.org: Bu barədə səhmdar cəmiyyətinin vətəndaşlara müraciətində bildirilir.

"Azərbaycanın bütövlüyü və işğal altında olan torpaqlarımızın azad olunması uğrunda ölkəmiz bu gün düşmənə qarşı həm ön cəbhədə, həm də informasiya cəbhəsində mübarizəsini davam etdirir.

Dünyada kök salmış erməni yalanlarını ifşa etmək və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq üçün bu gün informasiya cəbhəsində hər birimiz mübariz bir əsgərik.

Hazırkı informasiya mübarizəmizdə əsas vəzifəmiz ermənilərin yaydığı və hələ də davam etdirdiyi saxta məlumatlara sarsıdıcı zərbə vurmaqdır. Bunun üçün Azərbaycan həqiqətlərini sosial şəbəkələr vasitəsilə fərqli dillərdə dünyaya çatdırmalıyıq.

Ermənistan-Azərbaycan münaqişəsini təhlil edən yerli tarixçilər, politoloqlar, iqtisadi ekspertlər və digər aidiyyəti tədqiqatçılar bu təşəbbüsə qoşulmaqla öz məlumatlarını sosial şəbəklərdə fərqli dillərdə aktiv yaymaq imkanı əldə edə bilərlər.

Tərcümə üçün tarixi faktlara söykənən və əsaslı təhlil olunmuş məlumatlarınızını ad, soyad və telefon nömrənizlə birgə [email protected] elektron poçtuna göndərməyiniz xahiş olunur.

Əminik ki, ən yaxın zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu üçrəngli bayrağımızı Şuşa qalasına sancacaq və bizə Qarabağımızın qələbə xəbərini çatdıracaqlar!”, - deyə müraciətdə qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam