Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Bakıda erməni vəhşiliyinə qarşı aksiya keçirildi –Fotolar

Bakıda erməni vəhşiliyinə qarşı aksiya keçirildi – Fotolar

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtın bir qrup gəncləri və idmançıları  Xocalıda erməni hərbi xuntası tərəfindən vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın xatirəsinə ucaldılmış “Ana Fəryadı” abidəsi önündə çağırış  aksiyası keçirilib.

Yenixeber.org: Çağırış aksiyasının keçirilməsində əsas məqsəd Xocalıda erməni hərbi xuntası tərəfindən soyqırım və mülki vətəndaşlarımıza qarşı törədilmiş vəhşi cinayəti dünya ictimaiyyətinə bir daha çatdırmaq, belə ki, qətliamda iştirak etmiş erməni separatçıları çoxsaylı sübutlara baxmayaraq hələ də törətdikləri cinayətlərə görə heç bir məsuliyyətə cəlb olunmayıblar. Bunun nəticəsidir ki, bu gün də düşmən tərəfindən cəbhə xəttinə aid olmayan Azərbaycanın Xızı, Yevlax, Mingəçevir, Gəncə, Bərdə, Ağcabədi və digər şəhər və rayonları qadağan olunmuş silahlardan istifadə edərək ağır artileriya atəşinə məruz qalmaqdadır. Bu cinayətlər nəticəsində mülki obyektlər və yaşayış evlərinə külli miqdarda ziyan dəymiş,  dinc sakinlər arasında çox sayda ölüm və yaralanma faktları qeydə alınıb.

Paytaxt gəncləri və idmançıları beynəlxalq hüquq normalarını pozaraq  hərbi cinayətlər törətmiş erməni xuntasını və onun havadarlarının beynəlxalq hərbi tribunala çıxarılmasını tələb edir.  Aidiyyatı qurumlarımıza bununla bağlı müraciət edir ki, məsələ araşdırılaraq hüquqi qiymət verilsin, cinayət törətmiş bütün şəxslər beynəlxalq qanun qarşısında cavab versin.

 

Bakıda erməni vəhşiliyinə qarşı aksiya keçirildi – Fotolar
Bakıda erməni vəhşiliyinə qarşı aksiya keçirildi – Fotolar
Bakıda erməni vəhşiliyinə qarşı aksiya keçirildi – Fotolar

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam