Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilərin -hərbi texnika, silah-sursat və avtomobilləri ələ keçirildi

Ermənilərin hərbi texnika, silah-sursat və avtomobilləri ələ keçirildi

Azərbaycan ordusunun hərbçiləri erməni silahlı bölmələrinin bir neçə  hərbi texnika və maşınlarını ələ keçirib.

Yenixeber.org: Cəbhə xəttinə ezam olunmuş əməkdaşımızın verdiyi məlumata görə, Azərbaycan Ordusu düşmənin silahlı bölmələrinin təxribat xarakterli hücumlarına qarşı taktiki döyüş və əks-hücum əməliyyatları həyata keçirib. Əməliyyat zamanı erməni hərbçilərinin bir neçəsi məhv edilib və onlara dəstək üçün gələn digər erməni əsgərləri silah-sursat hərbi texnika və avtomobillərini ataraq geri qaçıblar. 

Bundan başqa, ermənilər ağır artilleriya qurğularından cəbhə xətti boyu mülki əhalini hədəfə alaraq yaşayış məntəqələrini atəşə tutublar. Atılan mərmilərdən biri Tapqaraqoyunlu kəndinin ərazisində boş sahəyə digəri isə  Naftalan-Qaşaltı-Tapqaraqoyunlu magistralına düşüb. Nəticədə magistrala düşən mərmi mülki şəxsə məxsus "VAZ-21011" markalı avtomobilə ziyan vursa da mərmilərin düşdüyü ərazilərdə dağıntı və tələfat olmayıb.  

Hazırda cəbhə boyunca erməni silahlıları tərəfindən təxribatlar davam edir və Azərbaycan ordusunun hərbçiləri tərəfindən düşmənə layiqli cavab verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam