“Tofiq Yaqublu ilə bağlı ən humanist qərar veriləcək”
“Tofiq Yaqublunun həbsi ətrafında sosial şəbəkələr və internet resurslarında siyasi manipulyasiyalara cəhd edilməsi nə hüquqi mədəniyyət, nə də siyasi etika baxımından məqbul hesab edilə bilməz”.
Yenixeber.org: Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, ortada konkret hüquq pozuntusu hadisəsi var və istənilən hüquqi dövlətdə belə hallarda eyni cəza mexanizmləri tətbiq olunur:
“Ona görə də hüququn siyasiləşdirilməsi doğru deyil. Şübhəsiz ki, hər bir Azərbaycan vətəndaşının həyatı qiymətlidir, kiminsə haqsız olaraq həbs edilməsi, heç bir halda heç kimin marağında ola bilməz. Hazırda Tofiq Yaqublunun səhhəti və bundan sonrakı məhkəmə proseduru ilə bağlı məsələlər ən çox iqtidar mənsublarının diqqət mərkəzindədir və cəzanın yüngülləşdirilməsi, yaxud hüququn daha humanist qaydada tətbiqi yolları axtarılmaqdadır. Nəticəni isə şübhəsiz yenə hüquq özü müəyyən edəcək”.
Ölkəmizdə cinayət hüququnun humanistləşdirilməsi siyasətinin hüquqi islahatların əsas istiqamətlərindən biri olduğunu deyən deputat qeyd edib ki, apelyasiya məhkəməsinin verəcəyi qərarı gözləmək indiki halda ən doğru mövqe olardı: “Digər məsələlərə gəldikdə isə, şübhəsiz ki, Tofiq Yaqublunun mövcud şərtlər içərisində hüquqlarının qorunması, səhhəti ilə bağlı məsələlərin daima həkim nəzarəti altında olması, vəkilləri və ailə üzvləri ilə görüşməsi, həkiminin tövsiyə etdiyi müalicə müəssisəsinə köçürülməsi kimi məsələlərin hamısı təmin edilib. İctimaiyyət nümayəndələri, yerli insan hüquq müdafiəçiləri, müxtəlif partiya rəhbərləri, qeyri-hökumət təşkilatları, eyni zamanda hakim partiyanın millət vəkilləri və ictimai fəalları Tofiq Yaqublunun sağlamlığı və mənəvi-psixoloji durumu nəzərə alınmaqla onun cəzasının yüngülləşdirilməsi ilə əlaqədar müvafiq səlahiyyətli qurumlara və Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər. Əminəm ki, Tofiq Yaqubluya münasibətdə ən humanist qərar qəbul ediləcək. Bir daha qeyd etmək istəyirəm ki, hakimiyyət heç bir vətəndaşın taleyinə əsla biganə qalmır, hər bir vətəndaşın həyatı onun üçün olduqca qiymətlidir. Ona görə də əgər kimlərsə bu hadisəni istismar edib, siyasiləşdirib, təzyiq vasitəsinə çevirib ondan bir siyasi divident əldə edəcəklərini düşünürsə tamamilə yanlış yolda olduqlarını qısa müddətdən sonra yəqin edəcəklər”.