Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TOFİQ YAQUBLU XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - "City Hospital"a gətirilib (Yenilənib)

 11 gündür ki, aclıq aksiyası edən Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib. 

Yenixeber.org: Bu barədə onun qızı Nigar Həzi məlumat verib.

Nigar Həzi atasının "City Hospital"a yerləşdirildiyini bildirib.

Əlavə olaraq onu da qeyd edək ki, Qubad İbadoğlu da məslə ilə bağlı məlumat paylaşıb. Məlumata görə, o, Tofiq Yaqublunun reanimasiyaya yerləşdirildiyini və Adil Qeybullanın şəxsən nəzarətində olduğunu bildirib.

Onu da bildirək ki, dünən həkim Adil Qeybullanın Bakı İstintaq Təcridxanasında Tofiq Yaqublunu müayinə etməsinə şərait yaradılmışdı.

A.Qeybulla onu müayinə etdikdən sonra huşunun yerində olduğunu və bəzi zəruri tibbi məsləhətlər verdiyini açıqlamışdı.

                                                        ***

Həbsdə olan müsavatçı Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir. Bu barədə onun qızı Nigar Həzi "Facebook"da məlumat yayıb.

"Tofiq Yaqublu indilərdə "City Hospital"a gətirilir", - deyə o bildirib.

Qeyd edək ki, T.Yaqublu artıq 11 gündür aclıq etdiyini açıqlayıb.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti verilib.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam