Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti -Nazirlər Kabinetinə verilib

 

 

Azərbaycanda ümumtəhsil müəssisələrində fövqəladə hallarla bağlı tədris ili müddəti və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib.

Yenixeber.org: Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin yeni təsdiq etdiyi “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” adlı sənəddə öz əksini tapıb.

C.Valehov əlavə edib ki, əvvəl müxtəlif fövqəladə hallarla bağlı həm bütün ölkə ərazisində, həm də ayrı-ayrı ərazi vahidlərində tədris ilinin müddəti və ya tətil günlərində dəyişiklik etmək səlahiyyəti Təhsil Nazirliyinə məxsus idi. Yeni sənədə görə isə bütün ölkə ərazisində ümumtəhsil müəssisələrində fövqəladə hallarla bağlı tədris ili müddəti və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin qərarı ilə edilə bilər. Ayrı-ayrı ümumtəhsil müəssisələrində isə müddətlər Təhsil Nazirliyinin əmri əsasında dəyişdirilə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam