Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təhsil naziri əmr imzaladı

 

Təhsil naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin qərarının icrası barədə əmr verib. 

 

"Xeberinfo.com":  Məlumata görə, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq və dərs ili iki yarımilə bölünür. Birinci yarımil - 15 sentyabr - 26 yanvar, İkinci yarımil - 1 fevral - 14 iyun tarixlərində müəyyən olunub.

Payız tətili noyabrın 16-dan 20-dək, qış tətili yanvarın 27-dən 31-dək, ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

Tədris ilinin başlandığını və ümumi təhsil müəssisələrinin tədris planlarının təsdiq olunub həyata keçirildiyini nəzərə alaraq, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliklər 2015-2016-cı dərs ilindən tətbiq olunacaq.

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları bu əmrin məzmununun ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə çatdırılmasını və valideynlərin bu barədə məlumatlandırılması üçün müvafiq maarifləndirmə işləri aparılmasını təmin edəcəklər.

Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) ümumtəhsil məktəblərinin 2015-2016-cı dərs ili üçün tədris planlarında bu dəyişikliklərin nəzərə alınmasını təmin etməlidir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam